Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutacaq. F qrupunda ilk tura yekun vurulacaq. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gələcək. G qrupunda əvvəlcə meydana Belçika və Panama yığmaları çıxacaq. Panama bu oyunla dünya çempionatında debüt edəcək. Günün son qarşılaşmasında isə futbolun yaradıcıları İngiltərə Tunisi sınağa çəkəcək.
DÇ-2018: 1-ci tur
18 iyun
F qrupu
16:00 İsveç - Cənubi Koreya 1:0
Qol: Andreas Qranqvist, 65.
Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)
Nijni Novqorod. Şəhər stadionu
G qrupu
19:00 Belçika - Panama 3:0
Qol: Dres Mertens, 47. Romelu Lukaku, 69; 75.
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)
Soçi. “Fişt” stadionu
22:00 Tunis - İngiltərə 1:2
Qol: Feryani Sassi, 35-pen - Harri Keyn, 11; 90+1.
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)
Volqoqrad. “Volqoqrad Arena”