Meksika millisinin müdafiəçisi Rafael Markes Almaniya ilə oyununda ikinci hissəsində meydana daxil olub.
Sportarena.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerası ərzində beşinci dəfə dünya çempionatının iştirakçısı olub.
O, bu uğura imza atan sayca üçüncü futbolçudu. Markesə qədər meksikalı Antonio Karbahal (1950-1966) və alman Lotar Matteus (1982-1998) 5 dəfə dünya çempionatında çıxış ediblər.