Rusiyanın “Amkar” klubu fəaliyyətini dayandırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun sahibi Gennadi Şilov məlumat verib. O, bildirib ki, maliyyə problemlərinə görə komanda növbəti mövsümdə Premyer Liqada çıxış etməyəcək və 24 illik fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, 1994-cü ildə əsası qoyulan Perm təmsilçisi 2004-cü ildən Rusiya Premyer Liqasında çıxış edirdi.
Bir müddət öncə Rusiya kubokunun son qalibi “Tosno” klubu da fəaliyyətini dayandırdığını açıqlamaşdı.