Portuqaliya millisinin üzvü İngiltərə klubunda

13:29 19 İyun 2018

Portuqaliya yığmasının qapıçısı Ruy Patrisionun yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Sportinq”lə yollarını ayıran 30 yaşlı qolkiper bundan sonra karyerasını İngiltərədə davam etdirəcək. O, yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Vulverhempton”la anlaşıb. Portuqaliyalı qapıçı yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Patrisio hazırda Portuqaliya yığmasının heyətində DÇ-2018-də iştirak edir. 


Digər xəbərlər

Xəbər xətti