"Qarabağ" ilk oyununu harada keçirəcək?

14:53 19 İyun 2018

İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. Tərəflər arasındakı ilk matç Sloveniyada, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

 

Qeyd edək ki, İlk oyun iyulun 10-11-də, cavab görüşü isə 17-18 iyulda olacaq.


Digər xəbərlər

Xəbər xətti