Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, hazırda Yaponiya ilə qarşılaşan Kolumbiya millisinin futbolçusu Karlos Sançes meydandan qovulub.
Görüşün baş hakimi Damir Skomina matçın 4-cü dəqiqəsində qapıya gedən topa əllə toxunan yarımmüdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb və Kolumbiyanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sindzi Kaqava hesabı açıb.