“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya çempionu “Olimpiya”ya rəqib olmalarından danışıb.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:
“Rəqibimiz güclüdü. 1-ci təsnifat mərhələsi üçün çətin komandadı. Bilirik ki, Sloveniyada futbol necə inkişaf edir. Ötən il “Maribor” Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdi. Rəqibə hörmətlə yanaşırıq. Heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz. Artıq hazırlıqlara başlamışıq, sabah (bu gün) Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq".