"Olimpiya"nın baş məşqçisi: "Qarabağ" hörmətə layiqdi"

11:10 20 İyun 2018

“Hər bir ölkənin çempionu hörmətə layiqdi. Mümkün rəqiblərimiz arasında ən güclülər APOEL və "Qarabağ" idi. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Sloveniyanın "Olimpiya" komandasının baş məşqçisi İliya Stolitsa deyib. 39 yaşlı mütəxəssis ötən gün nəticəsi açıqlanan püşkü dəyərləndirib. O, "Qarabağ"ın güclü rəqib olduğunu bildirib:

 

"Qarabağ" güclü komandadı. Ən yaxşılar arasında olmaq istəyiriksə, güclüləri məğlub etməliyik. Komandamız xarakter var. Gedən futbolçuların boşluğu doldurulacaq və daha güclü "Olimpiya" olacaq".

 
Gənc mütəxəssis hazırda Macarıstan "Videoton"unda çalışan dostu və "Olimpiya"dakı sələfi Marko Nikoliçlə qarşılaşmaq istəmədiyini də sözlərinə əlavə edib:

 

"Marko ilə bir-birimizi yaxşı tanıyırıq. Püşkün sonuna doğru rəqib qismində "Videoton" və "Qarabağ" qaldıqda, mən bizə ikincinin rəqib olmasını arzulayırdım. Bu komanda maliyyə cəhətdən güclüdü və daha yüksək reytinqə malikdi".


Digər xəbərlər

Xəbər xətti