“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya çempionu “Olimpiya”ya rəqib olmalarından danışıb.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:
“Çətin iki oyun olacaq. “Olimpiya”nın gücü bəllidi, ölkəsinin çempionudu. Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq”.