Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.
Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.
Azərbaycan kubokunun qalibi “Keşlə”ni “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə mübarizə gözləyəcək. Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.
"Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda isə növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.
Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları isə avqustun 2-də keçiriləcək.
Avropa Liqası, 2-ci təsnifat mərhələsi
Honved (Macarıstan) - Rabotniçki (Makedoniya)/Proqres (Lüksemburq) - Qəbələ
Baltsan (Malta) - Keşlə/Milsami (Makedoniya) - Slovan (Slovakiya)
Neftçi/Uypeşt (Macarıstan) - Sevilya (İspaniya)