Dünya çempionatı həyəcanı davam edir. Bu gün qrup mərhələsində daha 3 oyun olacaq.
Sportarena.az xəbər verir ki, C qrupunda 2-ci tura yekun vurulacaq. D qrupunda isə bir görüş baş tutacaq.
İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək. Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina qrupun favoritlərindən sayılan və mundiaala qələbə ilə başlayan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi amerikalılar şansını çətinə salmamaq üçün mütləq qələbə qazanmalıdır.
DÇ-2018. 2-ci tur
21 iyun
C qrupu
16:00 Danimarka - Avstraliya 1:1
Qol: Kristian Eriksen, 7 - Mayl Yedinak, 38-pen
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, "Kosmos Arena"
19:00 Fransa – Peru 1:0
Qol: Kilian Mbappe, 34.
Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion
D qrupu
22:00 Argentina – Xorvatiya 0:3
Qol: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1.
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod. Şəhər stadionu