Bir müddət əvvəl “Qarabağ”la yollarını ayıran İbrahim Şehiçin Türkiyənin “Ərzurumspor” klubu ilə anlaşdığını xəbər vermişdik.
Sportarema.az xəbər verir ki, bosniya və herseqovinalı qapıçı son anda fikrini dəyişərək, “Çaykur Rizəspor”a keçmək qərarı verib. Bu barədə xəbəri Türkiyə mətbuatı yazıb. “Çaykur Rizəspor” qarşıdakı mövsümdən Super Liqada mübarizə aparacaq.
Şehiçlə yanaşı, “Mançester Yunayted”in sabiq futbolçusu Zoran Toşiçin də “Çaykur Rizəspor”a keçidi gözlənilir.
2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib.