"Qəbələ”nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində "Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.
Sportarena.az xəbər verir ki, bu barədə təmsilçimizin saytı məlumat yayıb. iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.