"Lester"dən 25 milyonluq transfer

15:19 21 İyun 2018

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı yarımmüdafiəçi Ceyms Meddisonu sıralarına cəlb edib. “Norviç Siti”dən transfer edilən futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərənin U-21 yığmasının da şərəfini qoruyan yarımmüdafiəçinin transferinin 25 milyon avroya başa gəldiyi bildirilir.

 

Meddison geridə qalan mövsümdə “Norviç Siti” formasıyla oynadığı 49 qarşılaşmada 15 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti