Türkiyə millisinin üzvü karyerasını başa vurdu

17:48 21 İyun 2018

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Halil Altıntop karyerası ilə bağlı önəmli qərar verib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı futbolçu klubla 2019-cu ilə qədər müddəti olan müqaviləsini ləğv edib və karyerasını başa vurub. O, "Kayzerslautern"də yeni mövsümdən etibarən məşqçilər korpusunda yer alacaq.

 

38 dəfə Türkiyə millisində çıxış edən Altıntop "Şalke", "Ayntraxt", "Trabzonspor", "Auqsburq" və "Slaviya" kimi klublarda oynayıb.

 

Qeyd edək ki, "Kayzerslautern" yeni mövsümdən III Bundesliqada çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti