Rusiyada keçirilən dünya çempionatı həyəcanı getdikcə artmaqdadır.
Sportarena.az xəbər verir ki, bu gün mundialda E və D qruplarında 2-ci tura yekun vurulacaq. Günün ilk matçında Braziliya Kosta Rika ilə qarşılaşacaq. “Pentakampeonlar” bu dəfə də qələbə qazana bilməsə, növbəti mərhələ şansları çətinə düşəcək.Nigeriya - İslandiya qarşılaşmasının nəticəsi də çox maraqla gözlənilir. Qeydə alınacaq hesab həm də Argentina üçün əhəmiyyətli olacaq. Serbiya - İsveçrə qarşılaşmasının qalibi isə növbəti mərhələni təmin edəcək. Heç-heçə isə daha çox Braziliyaya sərf edəcək.
DÇ-2018. 2-ci tur
22 iyun
E qrupu
16:00. Braziliya - Kosta Rika 2:0
Qol: Koutinyo, 90+1. Neymar, 90+7.
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”
22:00. Serbiya - İsveçrə 1:2
Qol: Aleksandr Mitroviç, 5 - Qranit Caka, 53. Cerdan Şakiri, 90.
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”
D qrupu
19:00. Nigeriya - İslandiya
Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”