Mbappe Fransa millisinin tarixinə düşdü

11:30 22 İyun 2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün keçirilən Fransa - Peru matçında (1:0) vurulan yeganə qolun müəllifi Kilian Mbappe tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, Fransa yığmasının heyətində dünya çempionatlarında qol vuran ən gənc futbolçuya çevrilib.Fransa çempionu PSJ-də top qovan oyunçu bu qolu atdığı gündə 19 yaş 183-cü günündə olub.

 

Öncəki rekord isə David Trezeqeyə məxsus idi. O, DÇ-1998-də qol vurarkən 20 yaş 246 günündə olub. Lakin Mbappe onun rekordunu 20 il sonra qırıb.


Digər xəbərlər

Xəbər xətti