Şotlandiya millisinin üzvü "Qarabağ"ın hədəfində

12:00 22 İyun 2018

Son Azərbaycan çempionu “Qarabağ"ın maraq dairəsində olan daha bir futbolçunun adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu, şotlandiyalı Con Maklaflindi. 31 yaşlı qolkiperə iki illik müqavilə təklif olunub. “Köhlən atlar”ın şərtlərinin əlverişli olduğu bildirilir. Bu barədə xəbəri "Daily Express" yayıb.

 

Maklaflinin son klubu "Harts" olub. O, bu komandanın heyətində ötən mövsüm 33 dəfə meydana çıxıb.

 

Qolkiper əvvəllər İngiltərə klublarında, o cümlədən, "Bredford" və "Barton"da da çıxış edib. Təcrübəli qapıçı bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.

 

"Qarabağ"ın İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istədiyi haqda da xəbər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti