Naqelsmann "Hoffenhaym"ı "Leyptsiq"ə dəyişəcək

12:37 22 İyun 2018

Almaniyanın “Hoffenhaym” klubunun baş məşqçisi Yulian Naqelsmann 2018/19 mövsümü bitən kimi bu komandadan ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı mütəxəssis 2019/20 mövsümündən etibarən “Leyptsiq” klubunu çalışdıracaq. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Maraqlıdı ki, Naqelsmanın “Hoffenhaym”la müqaviləsi olsa da, o, artıq indidən sonrakı mövsüm üçün yeni anlaşmaya imza atıb. Gənc məşqçi “Leyptsiq”lə 2023-cü ilədək müqavilə bağlayıb

.

Artıq “Hoffenhaym” da rəsmi açıqlama yayaraq, Naqelsmanın qarşıdakı mövsüm bitən kimi komandadan ayrılacağını təsdiqləyib.

 

9 ildi “Hoffenhaym”da xidmət göstərən Naqelsmann 2016-cı ildən bu klubun əsas komandasının baş məşqçisidi. O, daha öncə bu klubun gənclərdən ibarət komandasına rəhbərlik edib.

 

Almaniya Bundesliqasının ən gənc baş məşqçisi olaraq tarixə keçən Naqelsmanın çalışdırdığı “Hoffenhaym” geridə qalan mövsümü 3-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasında mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti