Ramil Şeydayev yeni klubuna qovuşur

12:52 22 İyun 2018

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi həll olunmaq üzrədi.

 

Sportarena.az xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb. “Qarabağ”ın sabiq üzvü tezliklə ictimaiyyətə təqdim olunacaq.

 

Bundesliqa klubu Şeydayev də daxil olmaqla 6 futbolçunu eyni vaxtda ictimaiyyətə təqdim etməyi planlaşdırır. Onunla yanaşı, Marko Kvasina (“Tvente”), Patrik Salomon (“Altax”), Yefte Betankor (“Stadl-Paura”), Daniel Kerşbaumer (“Linz”) və Andreas Kuen (“Rapid”) Avstriya klubu ilə müqavilə imzalayacaq.

 

Şeydayevin Mattersburq klubuna transferinin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Gənc forvard müqavilə ilə Türkiyə “Trabzonspor”una məxsusdu. Ancaq Avstriya klubunun rəhbərliyi məsələni həll olunmuş hesab edir.


Digər xəbərlər

Xəbər xətti