"Fənərbaxça"nın yeni baş məşqçisi açıqlandı

14:15 22 İyun 2018

Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, gözlənildiyi kimi, “sarı-lacivərdlilər” Hollandiyanın PSV klubunun baş məşqçisi Filip Kokunu “sükan arxasına” gətirib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Koku bu postda bir neçə gün əvvəl "Fənərbaxça"dan ayrılan Aykut Kocamanı əvəz edib.


Digər xəbərlər

Xəbər xətti