PSV klubu “Fənərbaxça” ilə anlaşan baş məşqçisi Filip Kokunun yerini tutacaq mütəxəssisi müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, PSV “Barselona”, “Bavariya” və Hollandiya yığmasının sabiq futbolçusu Mark van Bommellə anlaşıb. Onunla 3 illik müqavilə bağlanıb. Bommel hazırda DÇ-2018-də çıxış edən Avstraliya yığmasının məşqçilər korpusunda yer alır. O, Avstraliyada həmyerlisi Bert van Merveykə kömək edir.
Bommel 1999-2005, 2012-2013-cü illərdə PSV-nin şərəfini qoruyub.