DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Argentinaya 3:0 hesabı ilə qalib gələn Xorvatiya növbəti mərhələyə vəsiqəni təmin edib.
Sportarena.az xəbər verir ki, Xorvatiya yığması qrup mərhələsinin sonuncu - 3-cü turunda İslandiya ilə keçiriləcək oyuna ehtiyat qüvvə ilə çıxacaq. Bu barədə Xorvatiyanın baş məşqçisi Zlatko Daliç Argentina ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib:
“Bəli, mən İslandiya ilə oyunda əsas heyətin üzvlərinə istirahət verəcəm”.
Argentina yığmasının növbəti mərhələyə vəsiqə qazanması öz əlində deyil. Çox güman ki, son turda keçiriləcək Xorvatiya - İslandiya oyununun nəticəsi bu məsələyə böyük ölçüdə təsir edəcək.