DÇ-2018-in 2-ci turunda Argentinanın Xosvatiyaya 0:3 hesabı ilə uduzmasından sonra əfsanəvi futbolçu Dieqo Maradona göz yaşlarını saxlaya bilməyib.
Sportarena.az xəbər verir ki, "Nijni Novqorod" stadionunda keçirilən görüşü tribunadan canlı izləyən veteran hücumçu matç zamanı çox çılğın hərəkətləri ilə diqqət çəkib. Sabiq komandasının istənilən oyunu sərgiləyə bilməməsi Armandonu özündən çıxarıb. Xorvatların 3-cü qolundan sonra isə Maradona ağlayıb.
Qeyd edək ki, Maradona müxtəlif illərdə Argentina millisinin kapitanı və baş məşqçisi olub.