"Qarabağ"ın transfer etmək istədiyi futbolçu karyerası ilə bağlı qərar qəbul etdi

17:28 22 İyun 2018

Azərbaycan çempionu “Qarabağ”ın maraq dairəsində olan “Mamelodi Sandanuz” klubunun futbolçusu Xama Biliat gələcək karyerası ilə bağlı yekun qərarı verib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”, “Styaua” və  “Yurqarden” və “Zamalek” klublarının maraq dairəsində olan 28 yaşlı hücumçu Cənubi Afiraka Respublikasında qalmağı üstün tutub. O, “Kayzer Çifs” komandası ilə münasibətlərini rəsmiləşdirəcək. Xama yeni klubu ilə 3+1 illik sözləşmə  imzalayacaq.

 

Qeyd edək ki, Zimbabve millisinin əsas hücumçularından sayılan Xama Billiatın 5 ildi formasını geyindiyi “Mamelodi Sandaunz”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti