“Ötən mövsüm “Reyncers” üzərindəki qələbədən sonra məşhurlaşdıq. “Qəbələ” ilə düşəcəyimizi hiss etmişdim. Biz artıq hər şeyi təşkil etmək üzrəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və tez bir zamanda hər şeyi yüksək səviyyədə həll edəcəyik".
Sportarena.az xəbər verir ki, bu sözləri “Proqres”in idman direktoru Tomas Gilgeman Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ" ilə düşmələrini dəyərləndirərkən deyib. Daha sonra o bildirib:
“Qəbələ” son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar “Borussiya”, “Krasnodar”, PAOK, “Anderlext”, “Maynts”, “Sent-Etyenn” kimi klublarla qarşılaşıblar. Bizim üçün çox çətin olacaq. Hər halda biz hələ də autsayderik".