Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində Fransa yığması ilə qarşılaşan Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, o, komandamızın 4:1 hesablı qələbəsini belə şərh edib:
“Oyun bərabər səviyyədə keçdi. Vurduğumuz qollar qarşılaşmanın taleyini xeyrimizə həll etdi. Düzdü, hesab 2:1 olanda müəyyən gərginlik yarandı, amma fərqi vaxtında artırmağı bacardıq. Üçüncü qoldan sonra sanki Fransa yığması dayandı.
Növbəti oyunda Belarus, sonra isə Portuqaliya millisi ilə qarşılaşacağıq. Hər iki komandanın oyununu izləmişəm. Portuqaliya bu gün ustalıq səviyyəsinə görə Belarusu məğlub etdi. Bizi iki çətin oyun gözləyir”.