Belçikadan darmadağın, Almaniyadan möhtəşəm geridönüş - YENİLƏNİB

23:56 23 İyun 2018

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının qrup oyunları çərçivəsində bu gün daha üç oyun keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, günün ilk qarşılaşmasında Belçika Tunislə üz-üzə gələcək. İlk turda qələbə qazanmış “qırmızı iblislər” Tunisi məğlub etməklə, 1/8 final mərhələsinə doğru böyük bir addım atmış olacaqlar. F qrupunda keçiriləcək ilk oyunda isə Meksika Cənubi Koreyanı sınağa çəkəcək. İlk turda Almaniyanı məğlub etməklə hər kəsi təəccübləndirən meksikalılar asiyalılarla görüşdə favorit sayılır. 

 

Günün son matçında Almaniya ilə İsveç qarşılaşacaq. İlk turda Meksikaya uduzan son dünya çempionları İsveçlə oyunda qələbə qazanmalıdı. Əks halda, DÇ-2018 almanlar üçün elə qrup mərhələsində başa çata bilər.

DÇ-2018, 2-ci tur
23 iyun

G qrupu

16:00 Belçika - Tunis 5:2

Qol: Eden Hazard, 6-pen; 51. Romelu Lukaku, 16; 45+3. Mişi Batşuayi, 90 - Dilan Bronn, 18. Vahbi Xazri, 90+3.

Baş hakim: Jair Marrufo (ABŞ)
Moskva. “Spartak” stadionu

 

F qrupu

19:00 Cənubi Koreya - Meksika 1:2

Qol: Hunq Min Son, 90+3 - Karlos Vela, 26-pen. Xavyer Hernandes, 66.
Baş hakim: Milorad Maziç (Serbiya)
Rostov. “Rostov Arena”

 

22:00 Almaniya - İsveç 2:1

Qol: Marko Roys, 48. Toni Kroos, 90+5 - Ola Toyvonen, 32.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Soçi. “Fişt” stadionu


Digər xəbərlər

Xəbər xətti