İngiltərə millisinin futbolçusu Dele Alli DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Panamaya qarşı oyunu buraxacaq.
Sportarena.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Qaret Sautqeyt məlumat verib: "Dele Allinin durumu qaydasındadır. Amma Panama ilə oyuna hazır olmayacaq".
Allinin əvəzinə meydanda Rben Lofts-Çikin çıxacağı gözlənilir.
Qeyd edək ki, İngiltərə - Panama görüşü bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.