İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2018-in bombardirlər siyahısında vahid liderliyə yüksəlib.
Sportarena.az xəbər verir ki, bu gün Panamayla matçda het-trik edən “Tottenhem”li oyunçu vurduğu qolların sayını 5-ə çatdırıb.
Qeyd edək ki, bombardirlər siyahısında sonrakı yerləri hərəyə 4 qol vuran Kriştiano Ronaldo (Portuqaliya) və Romelu Lukaku (Belçika) tutur.