Bu gün DÇ-2018-də 3-cü tur start götürəcək.
Sportarena.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizəyə yekun vurulacaq.
A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür. Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir üz-üzə gələcək.
B qrupunda isə vəziyyət gərgindi. 1/8 finala çıxmağa 3 komanda namizəddir. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdı. Əks halda, İspaniya - Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.
DÇ-2018. 3-cü tur
25 iyun
A qrupu
18:00 Uruqvay - Rusiya 3:0
Qol: Luiz Suares, 10. Dieqo Laksalt, 23. Edinson Kavani, 90.
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara, "Samara Arena"
18:00 Səudiyyə Ərəbistanı - Misir 2:1
Qol: Salman Əl Fərəc, 45+2. Salem Əl Davsari, 90+4 - Məhəmməd Salah, 22.
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad, "Volqoqrad Arena"
B qrupu
22:00 İran - Portuqaliya 1:1
Qol: Kərim Ansarifard, 90+3-pen - Rikardo Kuaresma, 45.
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk, "Mordoviya Arena"
22:00 İspaniya - Mərakeş 2:2
Qol: İsko, 19. Yaqo Aspas, 90+1 - Xalid Butaib, 14. Yussef En Nəsiri, 81.
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad, “Kalininqrad” stadion