“Araz”ın ÇL-dəki daha 2 potensial rəqibi məlum oldu

14:54 25 İyun 2018

 

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz”ın daha iki potensial rəqibi müəyyənləşib. 

 

Sportarena.az Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Tatişvili” (Gürcüstan) və “Futsamba Naas” (İrlandiya) da turnirdə gücünü sınayacaq. Beləliklə, iştirakçı komandaların sayı 56-ya çatıb. Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 3 ölkəni - Türkiyə, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

 

Məlumat üçün qeyd edək ki, komandamız mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. “Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək. Aprelin 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer uğrunda oyuna və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidi.

 

Püşkatmaya gəlincə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.


Digər xəbərlər

Xəbər xətti