"Sumqayıt"ın yeni baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Samir Ələkbərov baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.
2004-2005-ci illərdə "Neftçi", 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Samir Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.
Xatırladaq ki, Süleymaovun ilk köməkçisi qapıçılarla işləyən Emil Babayev olub.