DÇ-2018 tarixə düşdü

11:56 26 İyun 2018

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı penaltilər baxımından tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, söhbət bir dünya çempionatında təyin olunan penalti sayından gedir. İran – Portuqaliya matçının 53-cü dəqiqəsində Kristiano Ronaldonun yararlana bilmədiyi penalti sayca 19-cu olub. Nəticədə, DÇ-2018, indiyə qədər keçirilmiş bütün mundialları penalti sayına görə qabaqlayıb.

 

Bu qarşılaşmanın son dəqiqələrində Portuqaliyanın qapısına təyin olunan penalti isə 20-ci olub. Futbolçular bu 20 penaltidən 15-ni qola çevirə biliblər.

 

Daha öncə penalti sayına görə rekordlar İtaliya (1990) və Fransada (1998) keçirilmiş mundiallarda, həmçinin 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə təşkil etdiyi mundiallarda qeydə alınmışdı – 18 penalti.


Digər xəbərlər

Xəbər xətti