Belçika millisinin futbolçusu Romelu Lukaku fərdi qaydada məşq edir.
Sportarena.az xəbər verir ki, DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Tunislə matçda zədələnən 25 yaşlı hücumçunun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Qarşıdakı 24 saat ərzində o, əlavə tibbi müayinədən keçəcək. Bundan sonra Lukakunun mundialın qrup mərhələsinin sonuncu turunda İngiltərəyə qarşı oynayıb-oynamayacağı müəyyənləşəcək.