Futbol üzrə UEFA Çempionlar Liqasında 2018/19 mövsümünə start verilib.
Sportarena.az xəbər verir ki, bu gecə bir oyundan ibarət ilkin mərhələnin yarımfinal qarşılaşmaları baş tutub. Kosovo çempionu “Drita” səfərdə Andorranın “Santa Koloma” klubu ilə qarşılaşıb. Əlavə vaxta gedən bu matçın sonunda sevinən kosovolular olublar. Digər yarımfinal cütündə isə Cəbəllütariq təmsilçisi “Linkoln” səfərdə San Marino çempionu “La Fiorita”dan üstün olub.
Beləliklə, ÇL-in 1-ci təsnifat mərhələsinə yeganə vəsiqə uğrunda keçiriləcək final oyununda “Linkoln” doğma meydanda “Drita” ilə üz-üzə gələcək.
“Santa Koloma” və “La Fiorita” isə mübarizəni Avropa Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcəklər.
UEFA Çempionlar Liqası, ilkin mərhələ: yarımfinal
26 iyun
Santa Koloma (Andorra) - Drita (Kosovo) 0:2
La Fiorita (San Marino) – Linkoln (Cəbəllütariq) 0:2