Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”a dönüb. Gənc forvard komandasının düşərgəsinə qoşulub.
Sportarena.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramilin Avstriya klubu “Mattersburq”la anlaşması gözlənilir. Ancaq o, dünən təlim-məşq toplanışına start verən “Trabzonspor”un məşqinə qatılıb.