Almaniya qrupda qaldı, Brazikiya və İsveçrə pley-offda - YENİLƏNİB

23:57 27 İyun 2018

Rusiyada keçirilən dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq. Əvvəlcə F qrupunda 1/8 finalçılar müəyyənləşəcək. İlk iki turu itkisiz başa vuran Meksikanı İsveçlə qarşılaşmada bərabərlik də qane edir.

 

İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək. Bundestimin taleyi öz əlindədi. E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.

 

Serbiya - Braziliya oyunu isə bütün dünyanın diqqət mərkəzində olacaq. “Sambaçılar”ı heç-heçə qane edir. Ancaq serblər bu qarşılaşmada mütləq qalib gəlməlidilər.

 

DÇ-2018. 3-cü tur

27 iyun

F qrupu

18:00 Cənubi Koreya - Almaniya 2:0

Qol: Kim Yunq Qvon, 90+3. Hun Min Son, 90+6.
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

 

18:00 Meksika - İsveç 0:3

Qol: Ludviq Auqustinsson, 50. Andreas Qrankvist, 62-pen. Edson Alvares, 74-avtoqol.
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”

 

 

E qrupu

22:00 Serbiya - Braziliya 0:2
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu

 

22:00 İsveçrə - Kosta-Rika 2:2
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion


Digər xəbərlər

Xəbər xətti