DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Cənubi Koreya ilə keçiriləcək görüş Almaniya iqtisadiyyatına ziyan vura bilər.
Sportarena.az xəbər verir ki, buna səbəb oyunun Almaniya vaxtı ilə 16:00-da (Bakı vaxtı ilə 18:00) başlamasıdır. Matçın startından sonra ölkədə işçi qüvvəsinin 70 faizi işləməyəcək ki, bu da yerli iş adamları üçün nə az nə çox, 130-200 milyon avro arası zərər deməkdir.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Almaniya ilk oyunda Meksikaya 0:1 hesabı ilə uduzsa da, ikinci matçda İsveçi məğlub edə bilmişdi - 2:1. Cənubi Koreya ilə görüşün nəticəsi bundestimin 1/8 final mərhələsinə vəsiqə qazanması baxımından olduqca vacibdir.