Qrup mərhələsi bitdi - YENİLƏNİB

23:56 28 İyun 2018

DÇ-2018-in qrup mərhələsinə bu gün yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, sonuncu qarşılaşmalar G və H qruplarında baş tutacaq. Əvvəlcə H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşəcək. Bu dördlüyün arasında Polşanın 1/8 finala çıxmaq şansı qalmayıb. İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edir. 3 xalı olan Kolumbiya isə qələbə qazanmalıdır.

 

G qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidi. Bitrcə liderin müəyyənləşməsi qalıb ki, bu da İngiltərə - Belçikamatçından sonra müəyyənləşəcək.

 

DÇ-2018. 3-cü tur

28 iyun

H qrupu

18:00 Yaponiya - Polşa 0:1

Qol: Yan Bednarek, 59.
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"

 

18:00 Seneqal - Kolumbiya 0:1

Qol: Yerri Mina, 74.
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"

 

G qrupu

22:00 İngiltərə - Belçika 0:1

Qol: Adnan Yanuzay, 51.
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, "Kalininqrad" stadionu

 

22:00 Panama - Tunis 1:2

Qol: Yassin Meriah, 33-avtoqol - Fəxrəddin Ben Yussuf, 51. Vahbi Xəzri, 66.
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"


Digər xəbərlər

Xəbər xətti