"Qəbələ" Zaqreb "Dinamo"suna uduzdu - YENİLƏNİB

21:49 28 İyun 2018

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb. Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutan görüş təmsilçimizin məğlubiyyət ilə nəticələnib.

 

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

 

Yoxlama oyunu

28 iyun

20:00 Qəbələ - Dinamo (Zaqreb, Xorvatiya) 0:2


Digər xəbərlər

Xəbər xətti