"Rubin"in futbolçusu Serdar Azmun İran millisindəki karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu özünün "İnstaqram" hesabından yazib:
"Millidə oynamaq mənim üçün şərəf idi. Həyatımın sonuna kimi bununla fəxr edəcəm. Müəyyən maraqları nəzərə alaraq yığmadan ayrılmağa qərar verdim. 23 yaşlı biri üçün bu çətin qərardır".
Qeyd edək ki, Azmun İran millisi ilə DÇ-2018-nin matçlarında iştirak etmişdi.