Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında keçirəcəyi daha bir oyunun yeri dəqiqləşib.
Sportarena.az xəbər verir ki, millimizin Farer adaları ilə səfər qarşılaşması Torshavn şəhərində keçiriləcək. Oktyabrın 11-dəki görüş 6 min tamaşaçı tutumuna malik “Torsvollur” stadionunda baş tutacaq. III turun matçını qəbul edəcək bu arena 1999-cu ildə inşa olunub.
Azərbaycan yığmasının ilk 4 görüşünün stadionu dəqiq müəyyənləşib. Kosovo və Malta ilə ev oyunları Bakı Olimpiya Stadionunda baş tutacaq. Son ev qarşılaşmasının da burada keçirilməsi gözlənilir. Malta ilə səfər matçı isə Ta Qalidəki Milli stadionda keçiriləcək.