Lövlə bağlı qərar nə vaxt veriləcək?

15:54 28 İyun 2018

Almaniya millisi DÇ-2018-in qrup mərhələsində mübarizəni dayandıraraq, futbol dünyasına şok yaşatdı.

 

Sportarena.az xəbər verir ki, 1938-ci ildən sonra ilk dəfə mundialın qrupunda qalan yığmanın baş məşqçisi Yoahim Lövün gələcəyi də sual altındadır. Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel mütəxəssisin gələcəyi ilə bağlı açıqlama verib. O, növbəti günlərdə qərarlarını verəcəklərini deyib:

 

"Dünən axşam Yoahim Lövlə söhbət etdik. Önümüzdəki bir neçə gün ərzində hansı qərarı verəcəyimizi görəcəksiniz".

 

58 yaşlı mütəxəssis Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyətdən sonra istefa haqda danışmağın tez olduğunu demişdi.


Digər xəbərlər

Xəbər xətti