"Qalatasaray"dan ilk transfer

12:10 29 İyun 2018

Son Türkiyə çempionu “Qalatasaray” bu yay ilk transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu son mövsümü “Akhisarspor”da keçirmiş Muğdat Çeliki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 

O, qarşıdakı mövsümdə “Qalatasaray”da 20 Super Liqa və avrokubok matçında start heyətdə oynamaq şansı qazansa, müqaviləsinin müddəti avtomatik uzadılacaq. Eyni şərtlər 2019/20 mövsümündə də keçərli olacaq. Çelik yenə 20-dən çox rəsmi oyunda start heyətdə meydanda olsa, müqaviləsinin müddəti 2021-ci ilin yayınadək artırlacaq.


Digər xəbərlər

Xəbər xətti