Tunis millisinin futbolçusu Faxreddin Ben-Yussef dünya çempionatlarının tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu mundialların 2500-cü qolunu vurub. O, DÇ-2018-in 3-cü turunda Panamaya qalib gəldikləri görüşün (2:1) 51-ci dəqiqəsində bərabərlik qoluna imza atıb.
1-ci qol: Lüsyen Loren (Fransa, DÇ-1930)
500-cü qol: Bobbi Kollinz (Şotlandiya, DÇ-1958)
1000-ci qol: Rob Rensenbrink (Hollandiya, DÇ-1978)
1500-cü qol: Klaudio Kanica (Argentina, DÇ-1994)
2000-ci qol: Markus Olbak (İsveç, DÇ-2006)
2500-cü qol: Faxreddin Ben-Yussef (Tunis, DÇ-2018)