"Qarabağ"dan ayrılan İbrahim Şehiç karyerasını "Trabzonspor"da davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 61saat.comun məlumatına görə Bosniya və Hersoqovina millisinin qapıçısı ilə menecerlər vasitəsilə görüş keçirilib. Şehiçin hazırda azad agent statusunda olması və transfer üçün təzminatın ödənilməyəcəyi Trabzon təmsilçisi üçün önəmli hesab edilir.
Təcrübəli qolkiper klubdan illik 500 min avro maaş istəyir.
Lakin 29 yaşlı "əlcək sahibi"nin keçidi "Trabzonspor"un ikinci qapıçısı Esteban Alvaradodan asılıdı. Belə ki, kosta rikalı qapıçı komandadan göndərilsə, Şehiç Super Liqa klubuna transfer olacaq.