Özil ilə azarkeş "söz savaşı"na çıxdı

13:54 29 İyun 2018

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Ozillə bir azarkeş arasında qalmaqal yaşanıb

 

Sportarena, hadisə Almaniyanın Koreyaya 0:2 hesabı ilə uduzduğu dünya çempionatının oyunundan sonra baş verib. Almaniyalı fanatlardan biri meydandan soyunub-geyinmə otağına yollanan türkəsilli futbolçunu təhqir edib. Bu zaman Özil ona cavab verib. Daha sonra isə tərəflər arasında söz atışması yaşanıb. Əsəbi olan Almaniya millisinin digər futbolçuları da baş verənlərə qoşulub.

 

Təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra Özil paltardyişmə otağına yollanıb. 


Xəbər xətti