Foqts həmyerlilərinə nəyi məsləhət gördü?

14:32 29 İyun 2018

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya yığmasının dünya çempionatındakı çıxışını dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Bundestimin qrupda qalmağa layiq komanda olmadığını bildirib.

 

"Milli komanda qrup mərhələsində oynadığı üç matçda da adi oyun səviyyəsini ortaya qoya, əzmkarlıq göstərə bilmədi. Komanda layiqincə çıxış etmədi. Güman edirəm ki, Almaniya Futbol İttifaqı bir çox oyunçu ilə yollarını ayırmalıdır. Yığmaya layiq olmayanlar komandada qalmamalıdırlar. Yeni kollektiv qurulmalıdır. Məsuliyyətli insanlar bir-birilərini futbolda yaxşı tanıyırlar. Gənc futbolçulara, Avropa çempionu olan U-21 millisinə daha çox diqqətin göstərilməsini məsləhət görürəm".

 

 Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti