Avropa birinciliyinin ilk günündə 2 medal

16:21 29 İyun 2018

Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. 50 kq çəki dərəcəsində yarışa qatılan Mirağa Hacıyev isə bürünc medala sahib olub.

 

Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti